Qobelen dərsləri

qobelen dərsləri

Qobelen hiss və duyğuların vəhdətidir. Müasir zamanın tövhələrini özündə cəmləşdirən lakin orta əsrlərin də nəfəsini itirməyən bu sənət növü ilə məşğul olub və tez bir zamanda öyrənə bilmək imkanı sizə yeni və əvəz olunmaz hisslər verəcək.
Dərslərimizə həm uşaqlar həm də böyüklər qatıla bilər.
Dərslərdə qədim toxuculuq sənəti olan kilimin və müasir təsviri incəsənət sayılan qobelenin tarixi və toxunması öyrədilir. Məqsədimiz uşaqlarınızın kiçik motorikasının inkişafına, zövqün formalaşmasına kömək və dəstək olmaqdır. Qeyd edək ki, uşaqlar burada nəyin ki, bu iki maraqlı sənətlə tanış olacaqlar hətta onları bir-biri ilə improvizə etməyi də öyrənəcəklər. Rəsm qabiliyyəti, toxumaq bacarığı şərt deyil.
Dərslər Azərbaycan və Rus bölmələri üzrə aparılır.

  • Palaz
  • Kilim
  • Qobelen
  • Qobelenin (gil,metal,şüşə və.s) materiallar ilə improvizəsi
  • Sərbəst kompozisiya

Periodik olaraq sərgilər, master klaslar və müsabiqələr təşkil olunur

Dərslər qrup (3-8 nəfər) və fərdi şəkildə keçirilir

-Qrup – Həftədə 2 dəfə hər dərs 1.5 saat olmaqla aylıq 12 saat – 50 AZN

-Fərdi – Həftədə 2 dəfə hər dərs 1.5 saat olmaqla aylıq 12 saat – 80 AZN

Qobelen dərsləri gənc, istedadlı və 3 ildən artıq pedoqoji təcrübəyə malik müəllimlər tərəfindən tədris olunur.

-Dəzgah və saplar

-Toxuculuqda istifadə olunan digər materiallar (gil,metal,şüşə və.s)

-Periodik olaraq keçirilən sərgilərdə uşaqların iştirakı

-Rüblük keçirilən müsabiqələrdə uşaqların iştirakı

Kursda sona qədər iştirak etmiş və imtahandan uğurla keçən tələbələrə “MÜVƏFFƏQİYYƏT” sertifikatı təqdim olunur.