Məktəbəqədər hazırlıq dərsləri

IMG_3743

Müasir təhsil metodlarından istifadə edilərək hazırlanan məktəbəqədər hazırlıq proqramı Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Proqramına (Kurikulumuna) tam uyğundur.
Proqrama uşaqlarda sosial–emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqda, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışların mənimsədilməsi, dinləmə və danışıq bacarıqlarının, rəqəmlər və sadə hesablama, ilkin oxu və yazı bacarıqlarının öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Bir sözlə uşaqlar məktəbə tam hazır olacaqlar.
Məktəbəqədər hazırlıq dərslərinə 5-6 yaş aralığında olan uşaqlar qatıla bilər.
Dərslər Azərbaycan, Rus bölmələri üzrə aparılır.

  • Yazı bacarıqları
  • Nitqin inkişafı
  • Oxu vərdişləri
  • Hesab vərdişləri
  • İngilis dili / Rus dili
  • Həyat bilgisi
  • Yaradıcı iş
  • Məntiqi təfəkkürün inkişafı
  • “Kino günü” , “Teatr günü” , “Mən və Miqrafon” layihələri kiçik yaşlı körpələrimizin həftəsonlarının rəngarəng keçməsinə xidmət edir.Proqramın məqsədi övladlarımızın sosiallaşmasını, cəmiyyətə adaptasiyasını asanlaşdırmaq, qüsurlarını korreksiya etmək, məktəb dövrünə tam hazırlığını təmin etməkdir.

Standart qrup – həftədə 3 dəfə hər dərs 2 saat olmaqla aylıq 24 saat – 70 AZN

Standart fərdi – həftədə 3 dəfə hər dərs 1,5 saat olmaqla aylıq 18 saat – 120 AZN

İntensiv fərdi – həftədə 5 dəfə hər dərs 1,5 saat olmaqla aylıq 30 saat – 150 AZN

(Cədvəl valideynlərin istəkləri nəzərə alınaraq müəyyənləşdirilir)

Mərkəzimizdə yaradıcı təfəkkürə sahib, yeniliklərə açıq, daim öz üzərində işləyən təcrübəli, peşəkar gənc kadrlar tərəfindən idarə olunan “Məktəbəqədər Hazırlıq” kursları təşkil olunmuşdur.

  • İlk sınaq dərsi və müəllimlə tanışlıq
  • Aylıq səviyyə test imtahanları
  • Aylıq valideynlərlə görüş və övladlarının dərsi mənimsəmə səviyyələri barədə hesabatın təqdim olunması
  • Dərs arası çay fasiləsi
  • Həftəsonu əyləncəli tədbirlərin , teatrların keçirilməsi

Qeydiyyatdan keçmək üçün bizə müraciət edin