Haqqımızda

Avantajlı təhsilin tək ünvanı

Avantaj Tədris Mərkəzi 2016 cil 24 iyul tarixindən etibarən fəaliyyət göstərir.   Biz sizə  “Məktəbəqədər hazırlıq”, “İbtida sinif fənnlərinin hazırlığı”, “Fənnlər üzrə təkmilləşmə kurs”ları ilə yanaşı “Xarici dil” (İngilis dili, rus dili) yaradıcı uşaq və gənclərin maraq dairəsini əhatə edən “Rəsm”, “Xalçaçılıq”, “Qablen”, “Biçmə-tikmə” kurslarımızdan faydalanmağı təklif edirik. Lakin tədris mərkəzimizin fəaliyyəti 2-14 yaşlı uşaqların təlim, tədrisi ilə məhdudlaşmır. Beləki paralel olaraq “Kompüter” ( Ofis proqramları, Dizayn proqramları), “1C Mühasibatlıq” , “İş adamları üçün peşakar xarici dil” kurslarımıza da müraciət edə bilərsiniz.

Strateji baxış:
Bizim uzun müddətli prioritetimiz yüksək etik standartlara riayət edən, keyfiyyətli xidmətlər göstərən, mükəmməl işgüzar nüfuza və güclü pedaqoji potensiala sahib olan  müəllim komandasına malik  aparıcı tədris mərkəzi olmaqdır.

Avantaj Tədris Mərkəzinin missiyası aşağıdakılar vasitəsilə şagird və tələbələrə  xidmət etməkdən ibarətdir:

  • Şagirdlərimizi (tələbələrimizi) təlabatlarına  uyğun müəyyən edilmiş yüksək keyfiyyətli təhsil və dərs vəsaitləri ilə  təmin etməklə ziyalı gəncliyimizin formalaşmasına təkan və dəstək olmaq.
  • Peşəkar və işinə sadiq işçi heyətini işə cəlb etmək, təlimləndirmək və ixtisasını artırmaq;
  • Şagirdlərimizin (tələbələrimizin) “təlim, tərbiyə, təhsil” inkişafını təmin etmək öhdəliyini yerinə yetirmək;
  • Mükəmməl təhsil mövqeyini qorumaq;
  • Şagirdlərimizə (tələbələrimizə) fərdi yanaşma prinsipini qorumaqla, kurikulum proqramını əsas tutaraq, dərslərin təcrübəli müəllimlər tərəfindən keçirilməsi öhdəliyinə sadiq qalmaq.

 

Strateji hədəflər: 
Təcrübəli kadr heyyətinin artırılması.
Fəaliyyət sahələrinin genişləndirilməsi.
Təhsil mövqeyinin genişləndirilməsi;
Xarici təcrübənin araşdırılaraq təhsil sistemimizə inteqrasiyasını təmin etmək;