23 avqust 2017-ci il tarixdə Zabitlər bağında gənc rəssamlarımız Avantaj Tədris Mərkəzinin logo`sunu çəkməyə çalışdılar. 50-dən çox iştirakçı arasında seçilən 7 rəsm qalib elan olundu. Qaliblərə “30AZN” və “50AZN” dəyərində avantaj kartlar , digərlərinə isə həvəsləndirici hədiyyələr təqdim olundu. Qeyd edək ki, Avantaj Tədris Mərkəzinin nəzdində uşaqlar üçün rəsm tədrisi fəaliyyət göstərir. Qaliblər avantaj kartları ilə rəsm və ya digər bütün kurslara endirim əldə edə bilərlər.