Mühasibat uçotu və 1C proqramı

Ümumi – 36 saat

Mühasibat uçotu (Nəzəriyyə)
1C proqramı üzərində əməliyyatlar
Dərslər Qrup və Fərdi şəkildə keçirilir. Qruplarda tələbə sayı maksimum 4 nəfər olaraq müəyyənləşdirilib. Minimum 2 nəfər tələbə ilə qrup dərsləri başlaya bilər.
Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim müəllimlər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdişlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Standart və intensiv olaraq keçirilən dərslərimizə qatıla bilərsiniz:
– Standart (3 ay) – aylıq 12 saat (qrup-60 AZN, fərdi-120 AZN)
– İntensiv (2 ay) – aylıq 18 saat (qrup-80 AZN, fərdi-160 AZN)
– İntensiv (1 ay) – aylıq 36 saat (qrup-120 AZN, fərdi-240 AZN)

(Cədvəl tələbələrin istəkləri nəzərə alınaraq müəyyənləşdirilir)

Avantaj tədris mərkəzində Mühasibat uçotu və 1C proqramının tədrisi , çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

  • İlk sınaq dərsi və müəllimlə tanışlıq
  • Dərs zamanı istifadə olunan materialların elektron variantı
  • Aylıq səviyyə test imtahanları
  • Boş zamanlarda ödənişsiz olaraq tələbələrimiz üçün yaradılmış kitabxana xidmətlərindən istifadə

Kursda sona qədər iştirak etmiş və imtahandan uğurla keçən tələbələrə “MÜVƏFFƏQİYYƏT” sertifikatı təqdim olunur.

Qeydiyyatdan keçmək üçün bizə müraciət edin