23 aprel tarixində Avantaj Tədris Mərkəzində Xarici dil biliklərinin yoxlanması məqsədilə İngilis və Rus dillərindən sınaq imtahanı keçirilmişdir. Sınaq imtahanında müxtəlif orta məktəblərin 2-8-ci sinif şagirdləri iştirak edərək öz biliklərini yoxlamışlar. İmtahan nəticələri 2 gün ərzində elan olunacaq və ən yüksək nəticə əldə edən şagirdlərə Sertifikat təqdim olunacaq.
23 aprel tarixində Avantaj Tədris Mərkəzində valideynlər üçün Açıq Qapı tədbiri baş tutmuşdur. Tədbirdə iştirak edənlərə Tədris Mərkəzinin yenilənmiş fəaliyyət istiqamətləri haqqında məlumat verilmiş , YAY proqramı barədə kampaniyalar valideynlərin nəzərinə çatdırılmışdır. Bundan əlavə Avantaj Tədris Mərkəzinin təsisçisi Hacıyeva İradə Gülmalı qızı və mərkəzin direktoru Yaşar Əsgərov valideynlərin fikirlərini dinləmiş və gələcək planlar barədə məlumat […]