22.07.2017-ci il tarixində Avantaj Tədris Mərkəzinin rəhbərliyi , şöbə rəhbərləri və yeni layihəmiz olan Bakı Xalça Tədris Mərkəzinin qurucuları ilə səmimi abu-havada görüş keçirilmişdir. Görüşdə yeni layihə ilə bağlı fikirlər irəli sürülmüş və gələcək planlardan danışılmışdır. Hələ ki, ictimaiyyətə açıq olmayan xalçaçılıq və qoblen sənətinin tədrisi və digər işlərlə bağlı ətraflı məlumat yaxın 1 ay ərzində ölkə vətəndaşlarına bildiriləcək. Qədimi aurada öz dizaynı ilə fərqlənən tədris mərkəzi , sənətkar olmaqla bərabər bu sənəti təbliğ edən və sənəti gənc nəslə ötürmək üçün həvəslə çalışan işçi heyəti ilə çox yaxında sizlərin ixtiyarında olacaq Bakı Xalça Tədris Mərkəzində sizləri görməkdən şad olarıq.