Yazılar
Baki Tibb Kollecində Elmi-Praktiki Seminar
- 24 Fevral 2018
- Müəllif: Avantaj TM
- Bölmə: Yeniliklər

Respublika Qadınlar Cəmiyyətinin dəstəyi, Vertebra Onurğa Tibb Mərkəzi və Avantaj Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhər 1 nömrəli Tibb kollecində “Müalicəvi masaj və onun onurğa əyriliklərinin(skolioz və kifoz) qarşısının alınmasında rolu ” mövzusunda elmi praktiki seminar keçirilmişdir. O cümlədən, seminar iştirakçılarına Azərbaycanda ilk dəfə Avantaj Tədris Mərkəzi tərəfindən çap olunmuş “Müalicəvi Masaj” dərs vəsaiti təqdim olunmuşdur. Dərs vəsaiti Müalicəvi masaj və müalicəvi idman kurslarında əyani dərs vəsaiti kimi istifadə olunacaqdır. Görüş zamanı Bakı şəhər 1 N-li Tibb Kollecinin direktoru Nəriman müəllimlə birgə Qafqazda ilk dəfə 2014-cü ildə yaradılmış Müalicəvi masaj və müalicəvi idman fakültəsinin məzunları üçün ixtisasartırma praktiki-kurslarının təşkilinə dair Avantaj Tədris Mərkəzinin direktoru Yaşar Əsgərov və Vertebra Tibb Mərkəzinin baş həkimi İradə Hacıyeva ilə əməkdaşlıq mövzusunda müzakirələr aparıldı. Gələcəkdə qarşılıqlı əməkdaşlıq üzərinə baş tutacaq olan layihələrdə həm gənclərin sub-bakalavr səviyyəsindən sonra ixtisas artırma və təcrübə əldə etmə imkanı həm də cəmiyyətin qorxulu bəlası olan onurğa əyilmələrinin qarşısını almaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.